AZ

Rusiyada yeni bayram təsis edilib

Rusiyanın baş naziri Mixail Mişustin Rusiya təqvimində yeni peşə bayramı: Qaynaqçı Günü təsis edilməsi haqqında sərəncam verib.

NOCOMMENT.az bildirir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Baş nazir bayramı mayın son cümə günü qeyd etməyi təklif edib. Qeyd olunur ki, bu gün peşəkar qaynaq ictimaiyyətində qeyri-rəsmi olaraq bərqərar olub.

Təşəbbüs Milli Qaynaq Nəzarəti Agentliyinin və Sankt-Peterburq Sənaye Müəssisələri Assosiasiyasının nümayəndələri tərəfindən irəli sürülüb. Mişustinin imzaladığı əmrə əsasən, Sənaye və Ticarət Nazirliyi dekabrın 1-dək təklifi normativ hüquqi akta çevirəcək.

Bundan əvvəl Rusiyada yeni bayramın – Məhkəmə İşçilərinin Günü tətbiq edildiyi barədə məlumat verilmişdi. Məhkəmə əməkdaşları bunu hər il noyabrın 5-də qeyd edəcəklər.

Seçilən
42
nocomment.az

1Mənbələr