AZ

Azərbaycanlı hakim “Arsenal”ın oyununu idarə edəcək

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının əsas mərhələsinə təyinat alıb.

KONKRET.az xəbər verir ki, 38 yaşlı hakim IV tur çərçivəsində keçiriləcək “Slaviya” (Çexiya) – “Arsenal” (İngiltərə) oyununu idarə edəcək.

Ona Zeynal Zeynalov, Akif Əmirəli və Elçin Məsiyev kömək edəcək.

Niderlandlı Rob Diyperink VAR hakimi, Yeron Manşot isə AVAR hakimi olacaq.

Qeyd edək ki, görüş noyabrın 4-də keçiriləcək.

Seçilən
46
konkret.az

1Mənbələr