AZ

İtaliyada itkin düşən alpinistlərin cəsədləri tapılıb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Roma, 2 noyabr, AZƏRTAC

İtaliyanın Cənubi Tirol bölgəsində, Alp dağlarının Ortler yüksəkliyində baş verən qar uçqunu nəticəsində itkin düşən iki alpinistin cəsədi tapılaraq çıxarılıb.

AZƏRTAC xəbər verir ki, əlverişsiz hava şəraitinə baxmayaraq, xilasedicilər ötən gündən bəri Ortler dağ silsiləsində itkin düşmüş alpinistlərin axtarışlarını davam etdirib. Axtarış-xilasetmə əməliyyatına helikopter, mülki müdafiə qüvvələri və həssas itlər cəlb olunub. Nəticədə ata və onun 17 yaşlı qızının cəsədləri tapılaraq çıxarılıb.

Qeyd edək ki, qar uçqunu nəticəsində ümumilikdə beş alman əsilli alpinist həlak olub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
6
azertag.az

7Mənbələr