AZ

Voleybol üzrə Azərbaycan millisi İslamiadada bu heyətlə mübarizə aparacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunları üçün heyəti bəlli olub.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti yayıb.

Baş məşqçi Faiq Qarayevin rəhbərliyi altında mübarizə aparacaq təmsilçimizə 12 oyunçu çağırılıb:

Ayşən Abduləzimova, Aynur İmanova, Marqariya Stepanenko, Kseniya Pavlenko, Yuliya Kərimova, Bəyaz Quluyeva, Valeriya Kondratyeva, Anastasiya Bayduk, Ülkər Kərimova, Nilufər Ağazadə, Yelizaveta Burkova, Valeriya Burkova.

Qeyd edək ki, İslamiadanın açılış mərasimi noyabrın 7-də, bağlanış mərasimi isə 21-də olacaq.

Seçilən
6
9
fanat.az

10Mənbələr