AZ

Metropolitendən ödənişlə bağlı YENİLİK

Bakı metrosunda daha bir yenilik edilib. Artıq metrodan istifadə zamanı bütün yerli bank kartlarından ödəniş etmək mümkün olacaq. 


Manset.az xəbər verir ki, sözügedən yenilik hazırda bənövşəyi xətt üzrə stansiyalarda sınaqdan keçirilir. Yeniliyin tezliklə metronun bütün stansiyalarında tətbiq olunması gözlənilir. 

Metrodan istifadə zamanı ödənişin ödənilməsi NFC-ni dəstəkləyən bank kartları ilə mümkün olacaq. Eyni zamanda "Apple Pay" və ya "Google Pay" xidmətləri vasitəsilə də ödəniş etmək imkanı yaradılıb. 

Metropolitendən verilən məlumatda bildirilib ki, sınaq mərhələsində texniki çətinlik yaranarsa, "Bakı Kart" və ya digər ödəniş üsullarından ödəniş etmək məsləhət görülür. 



Manşet.az

Seçilən
34
manset.az

1Mənbələr