AZ

Ukraynanın ‘Alfa’ xüsusi təyinatlıları Rusiya mövqelərini darmadağın etdi – ağır zərbələr dronlarla endirilib

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) açıqlayıb ki, “Alfa” xüsusi təyinatlı dəstəsi işğal olunmuş ərazilərdə Rusiya ordusunun mövqelərinə dəqiq hücumlar həyata keçirib.

Musavat.com xəbər verir ki, məlumata görə, zərbələr texnika və canlı qüvvənin cəmləşdiyi, logistika və qoşun paylanması üçün istifadə olunan obyektlərə yönəlib.

Gecə əməliyyatları “FP-2” tipli pilotsuz uçuş aparatları ilə həyata keçirilib, dronların döyüş yükü 105 kq olub.

SBU bildirib ki, bu əməliyyat Rusiya qoşunlarının təchizat zəncirinə ciddi zərbə vurub və işğal altındakı ərazilərdəki nəqliyyat yollarını iflic edib.

Musavat.com

Seçilən
55
musavat.com

1Mənbələr