AZ

Azərbaycanlı bloqerin Rusiyadakı mənzili borc səbəbindən satılacaq

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanəsilli bloqer "Subo"nun (əsl adı Sübhan Murad oğlu Məmmədov) Rusiyanın Federal Vergi Xidmətinə olan borcu səbəbindən Moskva vilayətinin Odintsovi şəhərindəki mənzilinə həbs qoyulub.

Oxu.Az bu barədə "Mash" "Telegram" kanalına istinadən xəbər verir.

Bildirilir ki, 10 milyon rubl (təqribən 211 000 manat - red.) dəyərindəki 60 kvadratmetr sahəsi olan ikiotaqlı mənzil müsadirə ediləcək.

Mənzil 91 milyon rubl (təqribən 1 924 000 manat - red.) məbləğində olan borcun bir hissəsini ödəməkdən ötrü satılacaq.

Xatırladaq ki, "Subo" 2025-ci ilin fevralında Rusiya vətəndaşlığından məhrum edilib. O, vergidən yayınmaya və çirkli pulların yuyulmasına görə axtarışdadır. Bloqerin BƏƏ-yə köçdüyü bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
9
oxu.az

10Mənbələr