AZ

Qoz-fındıq bizi ölümdən qoruyurmuş

Müntəzəm şəkildə çərəz, xüsusən də qoz-fındıq istehlakı ürək-damar xəstəlikləri və vaxtından əvvəl ölüm riskini xeyli azaldır.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Loma-Linda Universitetinin tədqiqatçılarının apardığı tədqiqatın nəticələrində məlumat verilib. Tədqiqatın nəticələri məşhur EatingWell portalında dərc olunub.

Tədqiqatda ABŞ və Kanadadan olan 80.000-dən çox orta yaşlı könüllü iştirak edib. Araşdırma Adventist Health Study 2 layihəsi çərçivəsində toplanmış məlumatlara əsaslanıb.

Məlum olub ki, müntəzəm olaraq qoz-fındıq yeyən şəxslərin ürək-damar xəstəliklərindən ölüm riski digər şəxslərdən, nadir hallarda çərəz istifadə edənlərdən və ya ümumiyyətlə yeməyənlərə nisbətən 14% daha azdır. Bu çərəz sevənlərin olduğu qrupda ölümcül işemik ürək xəstəliyi riski də 19% daha aşağı olub.

Seçilən
56
2
publika.az

3Mənbələr