AZ

İki həftədən sonra: Yenidən başladı

İki həftəlik fasilədən sonra Günəşdə güclü  partlayışları yenidən başlayıb.

“Cebehinfo.az” xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (IKI RAS) Günəş Astronomiya Laboratoriyası bu barədə “Telegram” kanalında məlumat verib.

Məlumata görə, Günəşdə güclü  partlayış aktivliyinin yenidən başlanması qeydə alınıb. Bu, sonuncu dəfə oktyabrın ortalarında müşahidə olunub və iki həftə fasilə olub.

Qeyd olunur ki, 2 noyabrda saat 03:26-dan 03:37-dək Günəşin şərq kənarında M1.0 partlayışı müşahidə olunub. Bu M1.0 partlayışı Günəş fizikasında istifadə edilən 5 səviyyəli şkala üzrə 4-cü sinif günəş aktivliyi kimi təsnif edilir və 3-9 noyabr tarixləri arasında davam edə biləcək Günəş aktivliyinin artmasının xəbərçisidir.

Seçilən
33
cebheinfo.az

1Mənbələr