AZ

54 ildir tərbiyəçidir, bağçada uşaqları döydü

Rusiyada tərbiyəçinin anormal davranışları, azyaşlılara fiziki təzyiqlər göstərməsi ilə bağlı qalmaqal yaşanıb.

Publika.az xəbər verir ki, Usolye-Sibirskoyedən olan bir tərbiyəçi bağça uşaqlarına qarşı fiziki güc tətbiq etməkdə ittiham olunub. İnsidentdən ilk olaraq şəhərin yerli nəşri olan "Feniks" xəbər tutub.

"32 nömrəli uşaq bağçasında balacaların valideynləri 54 illik təcrübəsi olan tərbiyəçinin tətbiq etdiyi metodlardan şikayətləniblər. Sonuncu valideyn-müəllim iclasında isə qadın yetkinlik yaşına çatmayanlara-uşaqlara qarşı zorakılığı etiraf edərək onlardan üzr istəyib", - nəşr yazıb.

"Mən günahkaram, məni heç cür bağışlamaq olmaz! Uşaqlara toxunmağa haqqım yox idi, bunu bilirəm. Amma bütün bunların necə baş verdiyini özüm də bilmirəm... Həmin gün tək işləyirdim, başqa bir dayə yox idi və buna görə də hər şey nəzarətdən çıxdı", - deyə tərbiyəçi yaranmış arzuolunmaz situasiyanı izah edib.

Seçilən
29
2
publika.az

3Mənbələr