AZ

"Reuters": ABŞ ordusu Karibdə genişmiqyaslı hərbi infrastruktur yaradır

BAKI, 2 noyabr. TELEQRAF

ABŞ ordusu Puerto-Rikoda yerləşən, uzun illər əvvəl bağlanmış “Roosevelt Roads” adlı hərbi-dəniz bazasında yenidənqurma işlərinə başlayıb.

Teleqraf xəbər verir ki, "Reuters"in araşdırmasına görə, burada uçuş zolaqları və hərbi infrastruktur yenilənir, bu isə bölgədə uzunmüddətli əməliyyatlara hazırlıq kimi qiymətləndirilir.

Baza 2004-cü ildə bağlansa da strateji mövqeyinə görə ABŞ ordusunun Karibdəki ən vacib obyektlərindən biri hesab olunur. "Reuters" bildirir ki, Puerto-Riko və ABŞ Vircin adalarındakı hava limanlarında da oxşar tikinti və modernləşmə işləri aparılır.

Ekspertlərin fikrincə, bu hazırlıqlar Venesuela yaxınlığında mümkün hərbi əməliyyatlara dəstək məqsədi daşıyır. ABŞ hökuməti isə bunu regionda narkotik ticarətinə qarşı mübarizə tədbirləri kimi təqdim edir.

Məlumata görə, avqustdan bəri bölgəyə 13 döyüş gəmisi, bir nüvə sualtı qayığı və onlarla təyyarə göndərilib. “USS Gerald Ford” təyyarədaşıyan gəmisi də hazırda Karib dənizinə doğru hərəkətdədir.

ABŞ Hərbi Hava Qüvvələrinin "B-52" və "Lancer" tipli bombardmançıları son həftələrdə Venesuela sahilləri yaxınlığında uçuşlar həyata keçirib. Ekspertlər bunu “regionda güc nümayişi” kimi dəyərləndirirlər.

Seçilən
54
50
teleqraf.com

10Mənbələr