AZ

“Fənərbağça”nın sabiq baş məşqçisi İngiltərə klubundan qovuldu

BAKI, 2 noyabr. TELEQRAF

İngiltərənin “Vulverhempton" klubu baş məşqçi Vitor Pereyra ilə yollarını ayırıb.

Teleqraf xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

57 yaşlı portuqaliyalı mütəxəssislə müqaviləyə xitam verilib. O, 2024-cü ilin dekabrından “canavarlar”ın baş məşqçisi idi.

İngiltərə Premyer Liqasının cari mövsümünün 10 turundan sonra "Vulverhempton” iki xalla sonuncu – 20-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Vitor Pereyra 2015-2016 və 2021-ci illərdə Türkiyənin “Fənərbağça” klubunu çalışdırıb.

Seçilən
32
teleqraf.com

1Mənbələr