AZ

Paşinyan erməni kilsəsini "sındırır"

“Katolikos 2026-cı il parlament seçkilərinə qədər postunu tərk etməlidir”.

Musavat.com xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə söhbətində belə deyib.

“Seçkilərə qədər. Bu məsələni siyasiləşdirmək olmaz”, - deyə Simonyan “Vətəndaş müqaviləsi” partiyasının bu addımı seçkilərdə təsdiqlədikdən sonra baş verə biləcəyi barədə suala cavabında bildirib.

Spikerin fikrincə, bütün ermənilərin katolikosu II Qaregin hələ imkanı varkən istefa verməlidir:

“O anlamalıdır ki, vəziyyəti elə həddə çatdırmamalıdır ki, artıq alternativi qalmasın. Alternativi olduğu müddətdə bu qərarı özü verməlidir”.

Musavat.com

Seçilən
35
1
musavat.com

2Mənbələr