AZ

Cef Bezosun ən bahalı 8 sərmayəsi

Dünyanın ən varlı insanlarından biri olan Cef Bezos bu mövqeyə təsadüfən gəlməyib. “Amazon”un baş direktoru olaraq sərvəti 236 milyard dollardan çoxdur. O, yalnız öz şirkətini böyütməklə kifayətlənməyib, eyni zamanda son iki onillik ərzində fərqli sahələrdə ağıllı və strateji investisiyalar həyata keçirib.

NOCOMMENT.az Jeff Bezosun “Amazon” xaricində etdiyi ən bahalı investisiyaların siyahısı təqdim olunur:

1. Domo – 100 milyon dollar

2010-cu ildə qurulan Domo şirkəti biznes analitikası sahəsində ixtisaslaşıb. Şirkətin bulud əsaslı proqram təminatı rəhbərlərə və CEO-lara mobil cihazlar vasitəsilə məlumatları analiz və idarə etməyə imkan yaradır. 2018-ci ildə 2,3 milyard dollar dəyərində qiymətləndirilsə də, IPO (ilk səhmlərin yerləşdirilməsi) gözlənilən nəticəni vermədi və səhmlərin qiyməti sürətlə aşağı düşdü.

2. GRAIL – 100 milyon dollar

Cef Bezos “Bezos Expeditions “adlı investisiya fondu vasitəsilə 2016-cı ildə biotexnologiya şirkəti GRAIL-ə 100 milyon dollar sərmayə qoydu. GRAIL xərçəngi erkən mərhələdə aşkarlayan texnologiyaların hazırlanması üzərində çalışır. Şirkət 1,6 milyard dollardan çox maliyyə cəlb edib və Galleri adlı diaqnostik testlərin istehsalını genişləndirmək məqsədilə IPO üçün müraciət edib.

3. Airbnb – 112 milyon dollar

Dünyanın ən böyük onlayn yaşayış bazarı olan Airbnb, Bezosun Amazon-dan kənarda ən uğurlu investisiyalarından biridir. Şirkət 191 ölkədə 5 milyondan çox kirayə mənzil və otel imkanı təqdim edir və 4.000 nəfər işçi çalışır.
2017-ci ildə 2,6 milyard dollar gəlir əldə edən və 31 milyard dollar dəyərində qiymətləndirilən Airbnb, 2019-cu ildə Airbnb Luxe adlı yeni premium xidmətini təqdim etdi. Bu platformada dünyanın ən elit yerlərində – Yeni Zelandiya, Mərakeş, Cənubi Afrika, İndoneziya və Fransız Polineziyasında – yerləşən lüks villalar VIP xidmətlərlə təqdim olunur.

4. Lookout – 150 milyon dollar

Lookout, 2010-cu ildə yaradılmış mobil təhlükəsizlik şirkətidir. Bezos Expeditions bu şirkətə 2014-cü ildə 150 milyon dollar investisiya yatırıb. Lookout daha sonra 282 milyon dollar əlavə sərmayə cəlb edib və illik gəliri 80 milyon dollara çatıb.
Hazırda Lookout mobil bulud təhlükəsizliyi bazarında qlobal liderlərdən biri sayılır və proqramı 180 milyon cihazda istifadə olunur. Şirkət ardıcıl beş il Forbes Cloud 100 siyahısına daxil edilib.

5. UNITY Biotechnology – 116 milyon dollar

Bezosun başqa bir səhiyyə texnologiyası yatırımı olan UNITY Biotech, yaşlanma ilə bağlı xəstəlikləri yavaşlatmaq və ya dayandırmaq məqsədilə dərmanlar inkişaf etdirir. Şirkət əsasən oynaqların və göz xəstəliklərinin müalicəsi üzərində çalışır.
Lakin klinik sınaqların ikinci mərhələsi uğurlu nəticə vermədiyi üçün UNITY əsas layihəsini dayandıraraq diqqətini oftalmologiya və nevrologiya sahələrinə yönəldib.

6. Juno Therapeutics – 134 milyon dollar

Bezosun səhiyyə sektorundakı ən böyük investisiyası – Juno Therapeutics şirkətidir. Bu biotexnologiya startapı xərçəngin immunoterapiya üsulları ilə müalicəsi üzərində ixtisaslaşıb. Bezos Expeditions 2014-cü ildə 134 milyon dollar sərmayə qoyub.
Dörd il sonra, 2018-ci ildə, Juno nəhəng əczaçılıq şirkəti Celgene tərəfindən satın alınıb.

7. Everfi – 190 milyon dollar

Cef Bezos bəzən sərmayələrini şəxsi vəsaitləri ilə həyata keçirir. 2017-ci ildə o, Everfi adlı təhsil texnologiyası startapına 190 milyon dollar sərmayə yatırıb. 2008-ci ildə qurulan Everfi, şagirdlərə maliyyə savadlılığı, sosial öyrənmə və peşə hazırlığı kimi vacib həyat bacarıqlarını öyrədir.
Google və Alphabet-in sabiq sədri Eric Schmidt də şirkətə sərmayə qoyub. Everfi 2018-ci ildə 2,5 milyon şagirdə təlim keçdiyini açıqlayıb.

8. Plenty – 200 milyon dollar

Cef Bezosun indiyədək etdiyi ən bahalı investisiya Plenty adlı aqrotexnologiya şirkətidir. 2013-cü ildə qurulan bu şirkət pestisid və herbisidsiz kənd təsərrüfatı texnologiyaları üzərində çalışır.
Plenty-nin əsas ixtirası – şaquli daxili əkinçilik sistemi – bitkilərin yalnız 1% su ilə böyüməsinə imkan verir. Bezos Expeditions şirkətə 200 milyon dollar dəyərində Series B investisiyası edib.
Amazon-un Whole Foods Market zəncirini alması kimi, Bezos bu layihənin də ərzaq istehsalında inqilabi dəyişikliklər yaradacağına inanır.

9. Blue Origin – 10 milyard dollar (ümumi) 

Bezosun 2000-ci ildə yaratdığı özəl kosmos şirkəti. Məqsəd – kosmosun kommersiyalaşdırılması və gələcəkdə insanların kosmosda yaşamasını mümkün etmək. Bezos hər il milyardlarla dollar şəxsi vəsaitini bu layihəyə yönəldir.\\Valyuta.az

Seçilən
40
2
nocomment.az

3Mənbələr