Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda 4,3 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, Türkiyə vaxtı ilə saat 15:41-də qeydə alınan zəlzələnin dərinliyi 14,13 kilometr olub.
Hadisə bölgə sakinləri arasında narahatlığa səbəb olsa da, ilkin məlumata görə, ciddi dağıntı və xəsarət alan olmayıb.
Musavat.com