AZ

Zaxarovadan Paşinyanın KQB ilə bağlı fikirlərinə REAKSİYA

Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib ki, Ermənistan KQB agentləri tərəfindən formalaşdırılmış düşüncə tərzində ilişib qalıb, ondan azad olmalıdır.Bizim Media xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Paşinyanın bu bəyanatını Telegram kanalında şərh edib.O, Paşinyanın fikirləri ilə razılaşmayıb və Ermənistanın Türkiyə və Azərbaycana qarşı düşmən münasibətinin sovet KQB-si tərəfindən formalaşdırıldığı iddiasını təkzib edib:“KQB 1954-cü ildə yaradılıb. Osmanlı imperiyasında “erməni soyqırımı” adlandırılan hadisələr isə 1915-ci ildə başlayıb, yəni KQB-nin yaradılmasından təxminən 40 il əvvəl”.Xatırladaq ki, Paşinyan Sürixdə İsveçrədəki erməni diasporu ilə görüşündə deyib ki, qondarma erməni soyqırımı məsələsini KQB ortaya atıb: "Biz erməni "soyqırımı"nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamalıyıq. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə "soyqırımı" gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu".Bizim Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
2
bizim.media

10Mənbələr