AZ

Ayxan Abbasov: “Meydança sərt oyunu tələb edirdi”

Misli Premyer Liqasının X turunun "Turan Tovuz" - "Şamaxı" matçından (2:1) sonra qonaqların baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

"CBC Sport"u 10 illik yubileti münasibəti ilə təbrik edirəm. Futbolun işıqlandırılmasında böyük rolları var, onlara uğurlar arzulayıram. Oyun çətin keçdi. Meydançanın belə olacağını gözləmirdik. Bu cür ağır meydançada xarakter göstərmək lazım olduğunu bilirdik. Sürət baxımından hər iki komanda çətinlik çəkirdi. Bu gün hər iki komanda bir xala layiq idi. Təəssüf ki, ikinci hissədə 2 real qol epizodundan istifadə edə bilmədik. Rəqib isə bir epizoddan yararlandı. Bu cür meydançada futbol oynadıq. Futbolçularıma təşəkkür edirəm. Rəqib bizdən daha təcrübəlidir, daha geniş heyətə malikdir. Davam edəcəyik, mübarizə qarşıdadır. Tovuz azarkeşlərini təbrik edirəm, çoxdandır ki, gözlədikləri günləri gördülər".

- Sizə elə gəlmir ki, oyun sərt və kobud formada keçdi?

- Mənə elə gəlmir. Meydança onu tələb edirdi. Meydançaya da heyfsləndim ki, çox əziyyət çəkiblər...Mənim də arzum idi ki, "Turan Tovuz" süni örtüklü meydançadan təbii örtüklü meydançaya keçsin. Məncə, tələsdilər. Nə qorxulu idi? Pis zədələr ola bilərdi. Çünki ot yerində qalmırdı. Amma nə edək, oynamaq lazım idi. Meydança sərt oyunu tələb edirdi.

Türkiyə millisinin üzvü "Qarabağ"la oyunu buraxacaq

Bakıda V "Qələbə qaçışı" təşkil edilib

İstanbul derbisi bu kanalda

"Sabah" Kəpəz"i, "Araz-Naxçıvan" isə "Şamaxı"nı məğlub edib

“Sumqayıt”da yeni futbolçu

Seçilən
49
7
apasport.az

8Mənbələr