AZ

“Futbolçularım azarkeşlərə görə həyəcanlı idi” - Kurban Berdıyev

Misli-premyer liqasının 10-cu turunda “Turan Tovuz” “Şamaxı” üzərindı əzmkar qələbə qazandı.

Tovuzluların baş məşqçisi Kurban Berdıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Təxmin etdiyimiz kimi ağır oyun oldu. “Şamaxı” çox güclənib. Hər oyun artırırlar. İkinci hissədə daha bütov oynadıq. Məncə, qələbəyə layiq idik.

- İlk hissədə sönük oyun getməsini necə şərh edərdiz?
- Həyəcan var idi. Azarkeşlərin qarşısında oynamağa görə həyəcan var idi.

- Sanki bu qazonda oynamağa tələsdiz…
- Hər şey aydındı. Oyunla bağlı danışaq.

- “Turan Tovuz” liderdi. Amma yığmaya çağrılan yeganə oyunçusu Faiq Hacıyev də heyətdə yerini itirib…
- Xahiş edirəm, oyunla bağlı danışaq. Kim güclüdüsə, o oynayır.

- Rəqibin baş məşqçisi dedi ki, hər iki komanda bir xala layiq idi.
- İkinci hissədə üstün idik. Qələbəyə daha çox layiq idik.

- Müdafiə xəttindən razı qaldız? Xüsusən də Hakmandan…
- Hakman çox həyəcanlıydı. İlk yarıda sadə səhvləri var idi. İkinci hissədə daha rahat oynadı.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
40
1
football-plus.az

2Mənbələr