AZ

Estoniyada Rusiya sərhədi yaxınlığında 250 kiloqramlıq bomba tapılıb

Bakı, 2 noyabr, AZƏRTAC

“Postimees” qəzeti yazır ki, Estoniyada Rusiya sərhədi yaxınlığında təsadüfən 250 kiloqramlıq aviabomba aşkar edilib.

AZƏRTAC-ın məlumatına görə, nəşrin internet saytında yerləşdirilən xəbərdə bildirilir ki, həyəcan mərkəzinə meşədə gəzən şəxsin böyük partlayıcı qurğu tapması barədə məlumat daxil olub.

Hadisə yerinə gələn bomba zərərsizləşdirilməsi mütəxəssisləri bunun aviabomba olduğunu müəyyən ediblər. Hesabatda sursatın hansı ölkədə və nə vaxt istehsal olunduğu qeyd olunmayıb. Bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər onu məhv etmək niyyətindədirlər.

 

Seçilən
42
11
azertag.az

10Mənbələr