AZ

İngiltərədə qatarda bıçaqlanma, 11 nəfər yaralandı

İngiltərədə qatarda baş verən bıçaqlanma hadisəsində 11 nəfər xəstəxanaya yerləşdirilib, 2 nəfər saxlanılıb.Metbuat.az xəbər verir ki, Böyük Britaniyanın Kembricşir qraflığında qatarda baş verən kütləvi bıçaqlanma hadisəsi ilə bağlı, ümumilikdə, 11 nəfər xəstəxanaya yerləşdirilib. Yaralılardan iki nəfərin vəziyyəti həyati təhlükəlidir, dörd nəfər isə artıq evə buraxılıb. İki nəfər polis tərəfindən saxlanılıb. Onların 32 yaşlı qaradərili britaniyalı və 35 yaşlı Karib mənşəli britaniyalı kişi olduqları açıqlanıb.

Hər iki şəxs Böyük Britaniyada anadan olub və qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlanılıblar. Hadisənin terror aktı olduğuna dair heç bir dəlil yoxdur. İstintaq davam edir.

Seçilən
25
5
metbuat.az

6Mənbələr