AZ

Türkiyə və İraq arasında tarixi su anlaşması imzalanıb

Türkiyə xarici işlər naziri Hakan Fidan və İraq baş nazir müavini, xarici işlər naziri Fuad Hüseyn arasında “Su Sahəsində Əməkdaşlıq Çərçivə Anlaşması” imzalanıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Türkiyə XİN başçısı sənədin iki ölkə tarixində ilk olduğunu vurğulayaraq, bunun İraq tarixində ən böyük infrastruktur yatırımı olacağını deyib.

Qeyd olunur ki, bu mexanizm, Türk şirkətləri tərəfindən həyata keçiriləcək layihələrin İraqdan əldə olunan neft gəlirləri ilə maliyyələşdirilməsini təmin edəcək.

Bu təşəbbüs su resurslarının daha səmərəli istifadəsinə və regionda uzunmüddətli həllərin tapılmasına töhfə verəcək.

Seçilən
23
8
apa.az

10Mənbələr