AZ

“İnter” səfərdə minimal hesablı qələbə qazandı

style='margin-bottom:10px;'>

İtaliya A Seriyasının 10-cu turunda “Verona” doğma meydanda “İnter”i qəbul edib.

QOL.az xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə qonaqların xeyrinə yekunlaşıb. Qonaqların ilk qolunu 16-cı dəqiqədə Pyo Zelinski vurub. 40-cı dəqiqədə 21 yaşlı “Verona” hücumçusu Ciovane hesabı bərabərləşdirib. İkinci hissəyə əlavə olunan dördüncü dəqiqədə Martin Fresenin avtoqolu “Milan”a qalibiyyət gətirib.

Qeyd edək ki, “Verona” 5 xalla 18-ci sırada, “İnter” isə 21 xalla 2-ci pillədədir.

 

Seçilən
63
teleqraf.com

1Mənbələr