AZ

“O görüntülərin sızması İsrailə ciddi ziyan vurub” Netanyahu

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Teymanda fələstinli məhbusun guya istismar edildiyini göstərən görüntülərin sızması İsrailə, ordusuna və əsgərlərimizin nüfuzuna ciddi ziyan vurub”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri İsrailin Baş nazir Benyamin Netanyahu deyib:

“Bu, bəlkə də İsrailin qurulduğu gündən bəri məruz qaldığı ən ciddi ictimaiyyətlə əlaqələr hücumudur. Bu qədər konsentrasiyalı və gərgin hücumu xatırlaya bilmirəm”.

Netanyahunun sözlərinə görə, bu, müstəqil və qərəzsiz bir araşdırma tələb edir və o belə bir araşdırmanın həqiqətən baş tutacağını gözləyir.

Qeyd edək ki, hərbi vəkil, general-mayor Yifat Tomer-Yerushalmi, 2024-cü ildə Sde Teyman hərbi təcridxanasında bir neçə İsrail əsgərinin fələstinli təhlükəsizlik məhbusunu şiddətlə döydüyünü əks etdirən videonun sızmasına görə məsuliyyəti üzərinə götürərək istefa verib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
56
1
qafqazinfo.az

2Mənbələr