AZ

Merzin miqrantlarla bağlı bu fikirləri qalmaqal yaratdı

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Almaniya kansleri Fridrix Merz miqrantlarla bağlı açıqlamalarına görə ölkəsində böyük qalmaqalın mərkəzinə düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb. Qeyd olunub ki, Merz əvvəlki hökumətlərin miqrasiya siyasətini kəskin tənqid edərək, onların səhvlərinin Alman şəhərlərinin simasında hiss olunduğunu bildirib.

Kansler deyib ki, hazırkı daxili işlər naziri qeyri-qanuni miqrantların deportasiyasını sürətləndirmək və əhatə dairəsini genişləndirmək üzərində fəal işləyir.

Bu bəyanat ölkə daxilində ciddi rezonans doğurub, tənqidlər təkcə müxalifətdən deyil, həm də Merzin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqından (CDU) səslənib.

Partiya üzvlərinin bir qismi kanslerin fikirlərini “ayrı-seçkilik və irqçi” adlandırıb. Qalmaqal fonunda Merzin reytinqi rekord səviyyədə enib, CDU-nun Bonndakı ofisi isə vandalizm aktına məruz qalıb.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
globalinfo.az

1Mənbələr