AZ

Ukrayna kəşfiyyatı “Koltsovoy” kəmərini belə partladıb Video

Yeniavaz saytından alınan məlumata görə, ain.az bildirir.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) bəyan edib ki, Ukrayna qüvvələrinin həyata keçirdiyi zərbələr nəticəsində Moskva vilayətində yerləşən “Koltsovoy” neft kəməri sıradan çıxarılıb.

Yeniavaz.com Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu boru kəməri Rusiya Silahlı Qüvvələrinin Ukraynaya qarşı müharibə aparması üçün mühüm yanacaq mənbəyi olub.

Məlumata görə, Moskva vilayətinin Ramenskoye rayonunda neft məhsullarını daşıyan kəmərin üç xətti eyni vaxtda məhv edilib. Ukrayna tərəfi bildirir ki, obyektin dron əleyhinə şəbəkələrlə və hərbiləşdirilmiş mühafizə ilə qorunması nəticə verməyib.

Açıqlamada vurğulanır ki, bu kəmər üç neftayırma zavodundan Rusiya ordusuna yanacaq daşıyan 400 kilometrlik mühüm logistik xəttdir. GUR bu əməliyyatı “təcavüzkar dövlətin həm hərbi imkanlarına, həm də iqtisadi potensialına, xüsusən də Moskva vilayətinə ciddi zərbə” kimi qiymətləndirib.

“Koltsovoy” kəməri ildə 3 milyon tona qədər aviasiya yanacağı, 2,8 milyon tona qədər dizel yanacağı və 1,6 milyon tona yaxın benzin daşımaq gücünə malikdir.

View this post on Instagram

A post shared by Yeniavaz.com (@yeniavaz_com)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
1
yeniavaz.com

2Mənbələr