Bakı. Trend:
Futbol üzrə Misli Premyer Liqasında X turun növbəti oyunlarıkeçirilib.
Trend-inməlumatına görə, günün ilk matçında “Turan Tovuz” “Şamaxı”nı qəbuledib. Tovuz şəhər stadionunda təşkil olunan görüş meydansahiblərinin 2:1 hesabı qələbəsi ilə bitib.
İkinci oyunda isə "Araz-Naxçıvan" "Sumqayıt"la səfərdə üz-üzəgəlib. Matç “kimyaçılar”ın üstünlüyü ilə yekunlaşıb - 3:2.
Bu nəticələrdən sonra Tovuz klubu 21 xalla turnir cədvəlinin ilkpilləsinə yüksəlib. "Sumqayıt” 17 xalla 4-cü, Naxçıvan klubu 16xalla 5-ci, Şamaxı təmsilçisi 10 xalla 9-cu yerdədir.