AZ

DOST mərkəzlərinin nəqliyyat vasitələri təmir ediləcək

“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən “DOST” mərkəzləri və Agentliyin təsis etdiyi təsərrüfat cəmiyyətlərinin balansında olan nəqliyyat vasitələri üçün cari təmir xidmətlərinin satın alınması üzrə tender elan edilib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tender çərçivəsində ehtimal olunan qiymət 112 900,87 AZN təşkil edir. Satınalma çərçivəsində təmir ediləcək əsas nəqliyyat vasitələrinə Hyundai Sonata 2008 üçün şüşə silən, Honda CRV 2007 üçün isə mühərrik yağı, mühərrik yağı dəyişdirilməsi xidməti, hava və yağ filtrləri, salon filtrləri, balans və təkərlərin yerlərinin dəyişdirilməsi, ön və arxa əyləc qəlib və bəndlərinin dəyişdirilməsi, mühərrikin çöl remeni və digər müvafiq təmir xidmətləri daxildir.

Tender nəticələrinə əsasən, xidmətlərin göstərilməsi və təkliflərin qiymətləndirilməsi prosedurları yekunlaşdıqdan sonra açıqlanacaq.

Seçilən
32
1
nocomment.az

2Mənbələr