AZ

Ermənistanla sərhəddən reportaj: Tovuzlular ermənilərlə ticarətin bərpasını istəyir? - VİDEO

“Ötən həftə Azərbaycan üzərindən Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyət aradan qaldırılmışdı. Bundan sonra Nikol Paşinyan İlham Əliyevə təşəkkür etmişdi. Bu dəfə isə yol təklif edir. Ermənistanın baş naziri bildirir ki, İrəvan da Türkiyədən Azərbaycana və geri tranzit yük daşımalarını təmin etməyə hazırdır”.

Bizim.Media xəbər verir ki, bu fikirlər İctimai TV-nin “Xəbər Yekun” proqramında yer alıb.

Aparıcının sözlərinə görə, bu ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan isə daha irəlini düşünür, deyir ki, Azərbaycanla ticarət əlaqələrinin bərpasını istəyirik:

“Azərbaycanla Ermənistan arasında ticarət əlaqələri 1988-ci ilin sonlarına qədər olub. SSRİ dövründə hər iki ölkə bir-birindən alıb da, satıb da. Qarabağ münaqişəsi başlayandan bəri Azərbaycanla Ermənistan arasında ticarət yolları səssiz və kimsəsiz qalıb. Həmin yollardan biri də Tovuzdan keçir. Tovuzun bir neçə kəndi Ermənistanla həmsərhəddir. Bu kəndlərin sakinləri bir zamanlar Ermənistan bazarlarına gedib, alış-veriş edib, mal alıb, mal satıblar. Ermənilər də həmçinin. Onlar da qazanc dalınca Tovuza gəliblər. O zamanlar iki ölkə bir-biri ilə əsasən meyvə-tərəvəz və ərzaq alveri edib. Bəs indi? Əgər yaxın gələcəkdə ticarət əlaqələri bərpa edilsə, Azərbaycan Ermənistana nə sata, nə ala bilər? Bu əlaqələrə ən çox kimin ehtiyacı var?”.

Daha ətraflı reportajda:

Bizim.Media

Seçilən
44
3
bizim.media

10Mənbələr