AZ

“Barselona”nın kapitanı noyabrın sonunadək meydana qayıda bilər

“Barselona”nın qapıçısı və kapitanı Mark-Andre ter Ştegen uzun fasilədən sonra yenidən meydana çıxmağa yaxındır.

İdman.Biz sport.es-ə istinadən xəbər verir ki, 33 yaşlı alman qolkiper iyul ayında belindən aldığı zədədən sonra bərpanın son mərhələsindədir.

Ter Ştegen artıq Kataloniya klubunun bazasında fərdi şəkildə məşqlərə başlayıb və onun noyabrın sonunadək tam hazır olacağı gözlənilir. Alman futbolçu sağaldıqdan sonra rəhbərliyin onun gələcəyi ilə bağlı qərarını gözləyəcək. Mümkün variantlar arasında qışda icarəyə verilməsi və ya başqa kluba transferi də istisna edilmir.

Qeyd edək ki, ter Ştegenin “Barselona” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, onun bazar dəyəri 8 milyon avro təşkil edir.

İdman.Biz

Seçilən
56
idman.biz

1Mənbələr