AZ

Nigeriya prezidenti xristian təqibi ittihamlarından sonra Trampla görüşəcək

Nigeriya lideri Bola Tinubu Afrika ölkəsində xristianların vəziyyətini müzakirə etmək üçün ABŞ prezidenti Donald Trampla görüşəcək.

Doğru.az xəbər verir ki, bu barədə Nigeriya prezidentinin köməkçisi Daniel Bvala X platformasında məlumat verib.

“Bütün bu fikir ayrılıqları, əgər varsa, yaxın günlərdə iki liderin görüşündə müzakirə olunacaq və həll ediləcək”, – Bvala bildirib.

Qeyd edək ki, Tramp daha əvvəl Nigeriya hakimiyyətini xristianlara qarşı cinayətlərdə ittiham etmiş və zorakılıqlar davam edərsə, ABŞ-ın ölkəni işğal edə biləcəyini istisna etməmişdi. Ağ Ev artıq Pentaqona bu ehtimala hazır olmağı tapşırıb.

DOĞRU.AZ

Seçilən
25
1
dogru.az

2Mənbələr