AZ

Almaniyada kütləvi ixtisar dalğası

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada kütləvi ixtisar dalğası hökm sürür.

Banco.azxəbər verir ki, alman iqtisadiyyatı ilə bağlı mənfi göstəricilər Alman şirkətlərinin 2026-cı ilə dair planlarında dəyişikliklərə səbəb olmağa davam edir. Köln mərkəzli Alman İqtisadiyyat İnstitutu (IW) tərəfindən 2 min şirkətlə aparılan son araşdırmaya əsasən, Almaniyada hər 3 şirkətdən biri gələn il işçi ixtisarları planlaşdırır. Tədqiqatda iştirak edən şirkətlərin 36 faizi iqtisadi mənzərənin pisləşməsini əsas gətirərək gələn il işçi sayını azaltmağı düşündüyünü bildirib. 2026-cı ildə yeni işçi qəbul etməyi planlaşdıran şirkətlərin payı isə cəmi 18 faiz olub.

Sənaye sektorunda vəziyyət daha pisdir

Almaniyada işdən çıxarma planlarında xüsusilə sənaye sektorundakı şirkətlər ön plana çıxır. Belə ki, 2026-cı ildə sənaye sahəsində fəaliyyət göstərən şirkətlərin 41 faizi bəzi əməkdaşları ilə əmək münasibətlərini bitirməyi planlaşdırır. Bu sektorda olan şirkətlərin hər 7-dən biri isə yeni iş yerləri yaratmaq istədiyini bəyan edib.

Şirkətlərin dörddə biri vəsaiti yeni layihələrə yönəltmək istəyir

2026-cı il üçün investisiya planları sahəsində də Almaniyada vəziyyət narahatedici olaraq qalır. IW-nin araşdırmasına görə, gələn il şirkətlərin yalnız 23 faizi yeni layihələrə daha çox vəsait ayırmaq niyyətindədir, halbuki 33 faizi yeni investisiyalar üçün daha az xərcləmək planı qurur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
29
2
banco.az

3Mənbələr