AZ

Sosial Xidmətlər Agentliyi sosial xidmət müəssisələrinin sakinləri üçün hazır yemək alacaq

Azərbaycan Respublikası Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsi, tabeliyindəki sosial xidmət müəssisələrinin sakinləri üçün hazır yeməyin satın alınması üzrə açıq tender elan edib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tender çərçivəsində böyüklər və uşaqlar üçün gündə 3 dəfə veriləcək hazır yeməklər təmin olunacaq. Ehtimal olunan dəyər 10.344.884,75 AZN səviyyəsindədir.

Tender çərçivəsində bəzi müəssisələr və sifariş olunan yemək miqdarları aşağıdakı kimidir:

  • 1 saylı psixonevroloji sosial xidmət müəssisəsi – 217 sakin, 79.205 ədəd hazır yemək (Bakı, Xəzər rayonu, Buzovna qəs.)
  • 2 saylı psixonevroloji sosial xidmət müəssisəsi – 178 sakin, 64.970 ədəd hazır yemək (Şamaxı şəhəri)
  • 3 saylı psixonevroloji sosial xidmət müəssisəsi – 135 sakin, 49.275 ədəd hazır yemək (Göygöl rayonu, Qırıqlı kəndi)
  • 4 saylı psixonevroloji sosial xidmət müəssisəsi – 110 sakin, 40.150 ədəd hazır yemək (Gəncə şəhəri, Qurtuluş küç.)
  • 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsi – 180 sakin, 65.700 ədəd hazır yemək (Bakı, Xəzər rayonu, Mərdəkan qəs.)
  • 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsi – 170 sakin, 62.050 ədəd hazır yemək (Abşeron rayonu, Saray qəs.)

Məlumatda bildirilir ki, tender üzrə digər müəssisələr üçün də hazır yeməklərin alınması planlaşdırılır və sifariş olunan yemək miqdarı sakinlərin sayına uyğun müəyyən edilib.

Seçilən
36
nocomment.az

1Mənbələr