Fransada keçirilən tennis üzrə "Paris Masters" turniri yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, final qarşılaşmasında Yannik Sinner və Feliks Oje-Alyassim üz-üzə gəlib.

İtaliyalı tennisçi rəqibini 2 setdə məğlub edib və çempionluğu qazanıb - 6:4. 7:6 (4).

Sinner bu çempionluqla yenidən dünya 1 nömrəsi olacaq.

O, sabah açıqlanacaq siyahıda Karlos Alkarası keçərək yenidən zirvəyə qalxacaq.

Qeyd edək ki, kişilərdə mövsümün sonuncu mötəbər turniri olan ATP finalları noyabrın 9-da başlayacaq. İlin ən çox xal toplayan 8 tennisçisinin iştirak edəcəyi turnir noyabrın 16-na qədər davam edəcək.