AZ

44 günlük Vətən müharibəsinin xronikası: 3 noyabr

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

Trend Vətənmüharibəsinin xronikasını təqdim edir.

- Prezident İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub.

- Düşmən itkilər verərək geri çəkilməyə məcburedilib. Bir gündə düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.

- Ermənistan dövlət sərhədində atəşkəs rejimini yenə pozub. Azərbaycan Ordusudüşmən üzərində tam üstünlüyə malikdir.

- Düşmənin daha bir PUA-sı məhv edilib.

- Düşmən Füzulini "Smerç" ilə atəşə tutub.

- Zəngilan istiqamətində kəşfiyyat-diversiya qrupu darmadağın edilib.Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığında yerləşən dahaiki sursat anbarları məhv edilməsinin videogörüntüsü yayılıb.

- Düşmənin snayper qrupu məhv edilib. Ermənistanın alay komandiri fərarilik edib, hərbçilər isə itkin düşüb.

- Düşmən AğdamAğcabədi rayonlarının ərazisini atəşə tutub.

- Düşmənin tank taborunun komandiri məhv edilib, bir neçə tankı partladılıb.

- Ermənistanın Tərtərə atdığı fosforlu mərmi zərərsizləşdirilib.

- Xocavənd ətrafında gedən döyüşlərdə düşməntankları darmadağın edilməsinin videogörüntüsü yayılıb.

- Düşmənin motoatıcı alayının komandiri məhv edilib. Cəbhənin Xocavənd istiqamətində düşməntopları məhv edilməsinin videogörüntüsü yayılıb.

Seçilən
47
az.trend.az

1Mənbələr