Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası psixotrop və güclü təsir edən dərman preparatlarının satın alınması üçün elan etdiyi tender ləğv edilib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmada iştirak etmək üçün təklif təqdim etmiş və tələb olunan lisenziyaya malik təchizatçıların sayı üçdən az olduğundan tender ləğv olunub. Bu barədə qanunun 36.1.1-ci maddəsi əsas gətirilib.
Layihənin ehtimal olunan dəyəri 211.643,38 AZN təşkil edirdi.