AZ

Rus ordusu bu şəhəri tutmağa çalışır Puşilin

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Yampol şəhəri istiqamətində şiddətli döyüşlər davam edir.

Globalinfo.az xəbər verir ki, bunu qondarma Donetsk Xalq Respublikasının (DXR) rəhbəri Denis Puşilin bildirib. Onun sözlərinə görə, Ukrayna qüvvələri ehtiyatlarını hələ də bu əraziyə yerləşdirməyə çalışır.

Puşilin qeyd edib ki, bu cəhdlərə baxmayaraq, Rusiya bölmələri öz missiyasını uğurla başa vuraraq şəhəri ələ keçirmək niyyətindədir.

Bundan əvvəl o, Krasnoarmeysk istiqamətində də ağır döyüşlərin getdiyini, vəziyyətin gərgin olduğunu açıqlamışdı.

Xatırladaq ki, oktyabrın 29-da Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin Krasnoarmeyskdə mühasirəyə alındığını bəyan etmişdi. Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, onların bölmələri dəmiryol vağzalı və Jeleznodorojnı mikrorayonunun yaxınlığında yerləşən Ukrayna qüvvələrinə qarşı əməliyyatlar aparır və şəhərin sənaye zonasındakı mövqelərini möhkəmləndirir.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
globalinfo.az

1Mənbələr