AZ

Si Cinpin Tayvana hücum edərsə, nəticənin nə olacağını bilir - Tramp

ABŞ prezidenti Donald Tramp ada ilə Çin arasında silahlı münaqişə baş verərsə, Tayvanı müdafiə etmək üçün Amerika hərbi qüvvələrindən istifadə etmək ehtimalı ilə bağlı suala cavab verməyib.

Musavat.com xəbər verir ki, Tramp bu barədə CBS News-a verdiyi müsahibədə danışıb. Ondan bu məsələnin Çin prezidenti Si Cinpinlə keçirilən görüşdə müzakirə olunub-olunmadığı və Tayvan boğazında münaqişə baş verərsə, ABŞ ordusuna Tayvanı müdafiə etməyi əmr edib-etməyəcəyi soruşulub: "Bu baş verərsə, biləcəksiniz. Və o (Si Cinpin – red.) bu sualın cavabını başa düşür".

Ağ Ev rəhbəri qeyd edib ki, Çin prezidenti ilə danışıqları zamanı Tayvan məsələsi heç vaxt gündəmə gəlməyib: "O, bunu heç vaxt qaldırmayıb. İnsanlar bundan bir az təəccübləniblər. O, bu məsələni heç vaxt qaldırmayıb, çünki bunu başa düşür və çox yaxşı başa düşür. Mən sizə nə baş verəcəyini dəqiq deyən insanlardan biri olmaq istəmirəm. Mən sizə hər şeyi sadəcə sual verdiyiniz üçün deyən insanlardan deyiləm. Amma onlar (Çin rəsmiləri-red.) nə baş verəcəyini başa düşürlər. Və o (Si Cinpin-red), həmçinin başqaları görüşlərdə açıq şəkildə bildiriblər ki, " Tramp prezident olduğu müddətdə biz heç vaxt heç nə etməyəcəyik. Çünki onlar nəticənin nə olacağını bilirlər".

 

Musavat.com

 

Seçilən
34
musavat.com

1Mənbələr