Harri Keyn mövsüm sonunda "Bayern"dən ayrıla bilər.
Offsideplus.az xəbər verir ki, o, klubdan ayrılmağı düşünür və onun potensial istiqaməti İspaniyanın "Barselona" klubu ola bilər.
İngiltərəli futbolçunun "Bayern" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədədir, lakin müqavilədəki sərbəstqalma dəyəri ona gələn yaydan etibarən 57 milyon funt sterlinq (65 milyon avro) qarşılığında klubdan ayrılmaq imkanı verir.
Əgər "Barselona" və ya digər maraqlı klublar sərbəstqalmanı aktivləşdirərsə, "Bayern" rəhbərliyi danışıqlara icazə verməli olacaq.