AZ

Filippində 5,5 maqnitudada zəlzələ olub

Filippinin Neqros adasında 5,5 maqnitudada zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 122 min nəfərin yaşadığı Bayavan şəhərindən 29 kilometr şimalda, ocağı isə 145 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilmir. Sunami xəbərdarlığı edilməyib.

Seçilən
50
ikisahil.az

1Mənbələr