AZ

Tramp Nigeriyada əməliyyat üçün ABŞ ordusunun istifadəsini istisna etmədi

BAKI, 3 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbətində ölkə ordusunun Nigeriyada mümkün əməliyyatda iştirak edə biləcəyini istisna etməyib.

Teleqraf xəbər verir ki, dövlət başçısı bu fikri Palma-Biçdən (Florida ştatı) Vaşinqtona uçarkən səsləndirib.

Jurnalistin “ABŞ Silahlı Qüvvələrinin Nigeriyada iştirak ehtimalını” soruşmasına cavab olaraq Tramp deyib:

“Hər şey mümkündür, çox şeyi təsəvvür edə bilərəm”.

Tramp mümkün əməliyyatın səbəbləri və ya detalları barədə əlavə məlumat verməyib.

Seçilən
43
1
teleqraf.com

2Mənbələr