Filippinin Neqros adasında 5,5 maqnitudada zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 122 min nəfərin yaşadığı Bayavan şəhərindən 29 kilometr şimalda, ocağı isə 145 kilometr dərinlikdə yerləşib.