AZ

Üç Aİ ölkəsi dondurulmuş Rusiya vəsaitlərinin istifadəsini rədd edib

BAKI, 3 noyabr. TELEQRAF

Avropa İttifaqının üç üzv dövləti Fransa, İtaliya və Belçika dondurulmuş Rusiya aktivlərinin Ukraynanın maliyyələşdirilməsi üçün istifadəsini nəzərdə tutan təklifi dəstəkləməyib.

Teleqraf xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti diplomatik mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, bu ölkələrin hökumətləri beynəlxalq məhkəmələr Moskvanın iddialarını qanuni hesab etdiyi təqdirdə yaranacaq maliyyə öhdəliklərindən ehtiyatlanır.

Xüsusilə Belçikanın mövqeyi diqqət çəkir, çünki dondurulmuş Rusiya vəsaitlərinin böyük hissəsi Brüsseldə yerləşən Euroclear platformasında saxlanılır.

Qəzet qeyd edir ki, hazırda Ukraynanın müdafiə sənayesi maliyyə çatışmazlığı səbəbindən potensialının cəmi üçdə biri səviyyəsində fəaliyyət göstərir.

Seçilən
63
teleqraf.com

1Mənbələr