AZ

MPL: "Sabah" "Qəbələ"ni qəbul edir

Bu gün Misli Premyer Liqasında 10-cu tura yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, son oyun günündə 1 matç keçiriləcək.

"Sabah" "Qəbələ"ni qəbul edəcək. Hazırda 8 oyuna 15 xal toplayan Masazır komandası turnur cədvəlinin 6-cı, 9 görüşdə 5 xal yığan bölgə təmsilçisi isə 10-cu pilləsində mövqe tutub.

Xatırladaq ki, turun əvvəlki qarşılaşmaları noyabrın 1-də və 2-də reallaşıb. "Qarabağ" "İmişli"yə (2:0), "Neftçi" "Kəpəz"ə (5:1), "Zirə" "Karvan-Yevlax"a (3:2), "Turan Tovuz" "Şamaxı"ya (2:1), "Sumqayıt" "Araz-Naxçıvan"a (3:2) qalib gəlib.

Misli Premyer Liqası
10-cu tur
3 noyabr

19:30. “Sabah” “Qəbələ”  

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
"Bank Respublika Arena"

Seçilən
14
7
fanat.az

10Mənbələr