AZ

Tramp Britaniya kral ailəsindəki vəziyyəti “dəhşətli” adlandırdı

ABŞ-prezidenti Donald Tramp Böyük Britaniya kral ailəsində baş verən son hadisələri “dəhşətli vəziyyət” kimi dəyərləndirib. AzPost RIA Novosti-yə istinadla xəbər verir ki, Tramp bu fikri kral III Karlın qardaşı, şahzadə Endrünün titullarından məhrum edilməsi qərarından sonra səsləndirib.

“Bu, kral ailəsi üçün baş verə biləcək ən dəhşətli şeylərdən biridir,” – deyə Tramp bildirib.

Xatırladaq ki, Böyük Britaniya kralı III Karl  qardaşı şahzadə Endrünü titullarından məhrum etmək qərarına gəlib. Bu addım şahzadənin azyaşlıya qarşı cinsi zorakılıqda ittiham olunması və ABŞ-li maliyyəçi Ceffri Epstaynla əlaqələrinin üzə çıxması ilə bağlıdır.

Mətbuat yazır ki, şahzadə Endrü haqqında səslənən bu iddialar kral ailəsinin imicinə ciddi zərbə vurub. Kral sarayının nümayəndələri hadisə ilə bağlı ətraflı açıqlama verməkdən çəkiniblər, lakin rəsmi mənbələr bildirir ki, monarx ailənin nüfuzunu qorumaq məqsədilə bu qərarı verib.

Donald Tramp isə qeyd edib ki, Britaniya kral ailəsi tarix boyu dünya üçün sabitliyin və dəyərlərin simvolu olub, lakin son hadisələr bu ənənəni sarsıdıb.

AzPost.az

Seçilən
24
1
azpost.info

2Mənbələr