AZ

Səhəri enerjili başlamağın sadə sirri: Günü belə açan insanlar daha xoşbəxt olur

Alimlər günə erkən başlamağın və səhər ilk saatlarda bədənə doğru siqnallar verməyin insanın əhvalına və enerjisinə ciddi təsir etdiyini bildirirlər.

E-saglam.az xəbər verir ki, London Universitetinin psixoloqları araşdırıblar ki, səhəri sakit, təbii işıqda və su içməklə başlayan insanlar gün ərzində daha çox fokuslanır və stressə qarşı daha dözümlü olur.

Mütəxəssislər deyirlər ki, yuxudan durduqdan sonra ilk 20 dəqiqə “zehni yenilənmə pəncərəsi” hesab olunur. Bu vaxt ərzində telefona baxmaq əvəzinə pəncərəni açmaq, 1 stəkan ilıq su içmək və 2 dəqiqəlik dərin nəfəs məşqi etmək bədənin ritmini tənzimləyir.

Bundan başqa, səhər yeməyində yumurta, yulaf və ya bir banan kimi sadə, amma proteinlə zəngin qidalar seçmək beynin fokuslanmasını gücləndirir. Qəhvəni isə araşdırmalara görə, yuxudan ən azı 1 saat sonra içmək daha effektivdir.

Araşdırmanın müəlliflərindən biri, neyropsixoloq Elis Morgan qeyd edib:

“Bədən və beyin səhər bir-birinə uyğunlaşmaq üçün zamana ehtiyac duyur. Kim bu harmoniya qaydasına əməl edirsə, günün qalan hissəsində daha xoşbəxt və sakit olur.”

Mütəxəssislər səhərin ilk yarım saatında sosial şəbəkələrdən uzaq qalmağı və günün planını qısa şəkildə yazmağı da tövsiyə edirlər. Bu vərdişin emosional sabitliyi və yaradıcılığı artırdığı sübut edilib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
54
e-saglam.az

1Mənbələr