AZ

Ağ Ev: Karib dənizində gəmilərə zərbə endirmək üçün Konqresin icazəsi tələb olunmur...

Tramp administrasiyası əməliyyatları “hərbi səlahiyyətlər qanununa tabe olmayan antinarkotik tədbirlər” kimi qiymətləndirir…

Poliqon xəbər verir ki, The Wall Street Journal nəşrinin məlumatına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası Karib dənizində narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən gəmilərə zərbə endirmək üçün Konqresin razılığının tələb olunmadığını hesab edir.

Administrasiyadan bir nümayəndə nəşrə bildirib ki, Karib dənizi və Sakit okeanın şərq hissəsində aparılan antinarkotik əməliyyatlar 1973-cü il “Hərbi səlahiyyətlər haqqında qətnamə”də göstərilən hərbi fəaliyyət səviyyəsinə çatmır və buna görə də Konqresin təsdiqini tələb etmir. Onun sözlərinə görə, bu əməliyyatlar ABŞ hərbçiləri üçün birbaşa təhlükə yaratmır, çünki zərbələr Amerikanın döyüş gəmilərindən uzaqda həyata keçirilir.

Bununla belə, WSJ yazır ki, həm respublikaçılar, həm də demokratlar administrasiyanın bölgədəki əməliyyatlarına dair şəffaflığın kifayət qədər olmamasından narazılıq ifadə ediblər.

Vaşinqton rəsmən Karakası narkotik ticarətinə qarşı “passiv davranmaqda” ittiham edir və bu bəhanə ilə Karib regionuna əhəmiyyətli hərbi qüvvələr göndərib. ABŞ-ın bu addımı Venesuela ilə münasibətləri daha da gərginləşdirib və bölgədə yeni diplomatik gərginlik dalğası yaradıb.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr