AZ

Mişustin danışıqlar üçün Çinə gedib

Rusiya hökumət başçısı Hançjou şəhərində Li Tsyanla görüşəcək…

Poliqon xəbər verir ki, Rusiya Federasiyasının baş naziri Mixail Mişustin Çin Xalq Respublikasının Hançjou şəhərinə səfər edib. Səfərin məqsədi Rusiya və Çin hökumət başçılarının 30-cu müntəzəm görüşündə iştirak etməkdir. Bu barədə məlumatı TASS yayıb.

Səfər proqramına görə, Mişustin Çin Dövlət Şurasının sədri Li Tsyanla danışıqlar aparacaq. Görüş əvvəlcə təkbətək formatda keçiriləcək, daha sonra hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcək. Danışıqların yekununda bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Rusiya baş nazirinin qarşılanma mərasimi dövlət bayraqları fonunda baş tutub. Tədbirdə Rusiyanın Çindəki səfiri İqor Morqulov, Şanxaydakı baş konsul Dmitri Lukyantsev, Çin səfiri Çjan Xanxuy və Çjetszyan vilayətinin qubernatoru Lyu Tse iştirak ediblər.

Əvvəlcə oktyabrın 31-də xəbər verilmişdi ki, Mişustin noyabrın 4-də Çin prezidenti Si Tszinpinlə də görüşəcək. Tərəflər “Rusiya-Çin hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığının möhkəmləndirilməsi üzrə aktual məsələləri” müzakirə etməyi planlaşdırır.

Rusiya və Çin danışıqlarda ticarət-iqtisadi və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə, sənaye, energetika, kənd təsərrüfatı və təhsil kimi istiqamətlərdə birgə layihələrin irəlilədilməsinə xüsusi diqqət ayıracaqlar.

Poliqon.info

Seçilən
58
poliqon.info

1Mənbələr