AZ

Əfqanıstanda baş verən zəlzələ Düşənbədə də hiss olunub

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Düşənbə sakinləri episentri Əfqanıstanda yerləşən güclü zəlzələni açıq şəkildə hiss ediblər.

Bizimyol.info xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmopronostik Monitorinq Mərkəzi məlumat verib.

Mərkəzin məlumatına görə, zəlzələ həm Özbəkistan, həm də Tacikistan ərazisində qeydə alınıb — yeraltı təkanların gücü Surxandərya vilayətində 5 bala, Daşkənddə isə 2–3 bala bərabər olub.

Düşənbədə isə təkanlar güclü və uzunmüddətli xarakter daşıyıb. Şəhər sakinləri bu barədə sosial şəbəkələrdə məlumat paylaşıblar.

Mərkəzin açıqlamasına əsasən, maqnitudası 6,8 olan zəlzələnin episentri Əfqanıstanın Samangan vilayətində yerləşib.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
55
icma.az

1Mənbələr