AZ

Tramp: ABŞ nadir torpaq metalları üzrə Çindən asılılığı aradan qaldıracaq

Tramp: ABŞ nadir torpaq metalları üzrə Çindən asılılığı aradan qaldıracaq

ABŞ yaxın iki il ərzində Çinlə bağlı nadir torpaq metalları asılılığını tam aradan qaldırmağı planlaşdırır.

AFN.az "CBS News"a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

“Qısa müddətdə biz lazım olan hər şeyə sahib olacağıq. Bildiyiniz kimi, biz təcili proqram başlatmışıq və bir il yarım ərzində ehtiyac duyduğumuz bütün resursları əldə edəcəyik. İki ilə nadir torpaq metalları artıq problem olmayacaq”, – deyə Tramp vurğulayıb.

Bundan öncə ABŞ-ın maliyyə naziri Skott Bessent bildirmişdi ki, Vaşinqton bu məsələnin həlli üçün Qərb ölkələri və Hindistanla əməkdaşlıq etməyi planlaşdırır.

9 oktyabrda Çin Ticarət Nazirliyi nadir torpaq metalları və onlarla bağlı texnologiyaların ixracına nəzarətin sərtləşdirilməsinə dair iki sənəd dərc edib. Ertəsi gün Tramp bəyan edib ki, ABŞ 1 noyabrdan etibarən, yaxud daha əvvəl Çin məhsullarına 100 faizlik əlavə gömrük rüsumu və proqram təminatı üzrə ixrac nəzarəti tədbirləri tətbiq edəcək. O, həmçinin Çin üçün digər məhsulların, xüsusilə də aviasiya ehtiyat hissələrinin tədarükünə məhdudiyyətlərin mümkünlüyünü istisna etməyib.

Seçilən
55
afn.az

1Mənbələr