AZ

“Qərbi Azərbaycan İrsi” layihəsində fərqlənən alimlər təltif olundu - FOTOLAR

“Qərbi Azərbaycan İrsi” layihəsi çərçivəsində və Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsində göstərdikləri xidmətlərə görə bir sıra tanınmış alimlər təltif olunublar.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Həsənov və tədqiqatçı alim Nazir Əhmədli Qərbi Azərbaycan mövzusunun tədqiqi, təbliği və ictimaiyyətə çatdırılması istiqamətində göstərdikləri səmərəli əməkdaşlığa görə mükafatlandırılıblar.

Təltiflər layihə rəhbəri, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə tərəfindən təqdim olunub. Layihə rəhbərliyi bütün təltif olunanları səmimi qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətlərində və birgə əməkdaşlıqda yeni uğurlar arzulayır.

Seçilən
37
qht.az

1Mənbələr